Dünya Mətbəxi
401
0
0
0
12 August 2021
un | 200 qr |
semolina | 200 qr |
yumurta | 6 ədəd |
duz | ½ ç.q. |
orta yağlı qiymə | 300 qr |
orta ölçülü baş soğan | 1 ədəd |
istio | ½ ç.q. |
Servis üçün | 2 x.q. Super Sun yağı |
Əvvəlcə xəmir hazırlanır. Bunun üçün geniş bir qaba un, semonila əlavə olunur. Duz tökülür, yumurtalar tək-tək xəmirin içinə əlavə olunur, xəmir olana qədər yoğrulur. Streçə bükülür, 20 dəqiqə soyuducuda saxlanılır.
İçlik hazırlamaq üçün soğan xırda-xırda doğranılır. Orta yağlı qiymə, duz, istiot qarışdırılır.
Hazır olan xəmir kiçik hissələrə ayrılır. Yuxadan azca qalın olacaq şəkildə yayılır.
Xəmirlərin orta hissəsinə qiyməli içlik qoyulur, kənarlar azca isladılır və bir-birinə birləşdirilir. Formalı kəsici vasitəsilə kəsilir. Sonra hamısı bir məcməyiyə yığılır, üzərləri təmiz dəsmalla örtülür və 30 dəqiqə soyuducuda saxlanılır.
Dərin qazanda çoxlu su qaynadılır, ravioli makaronları 6-8 dəqiqə bu suda qaynadılır. Bişən makaronların suyu süzülür.
Super Sun yağı əridilir. Əriyən yağın üzərinə suları süzülən makaronlar əlavə olunur, sotelənir. Geniş boşqabda servis edilir. İstəyə görə üzərinə cəfəri səpilə bilər.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş