intro-image intro-image intro-image

Dünya Mətbəxi

Türkiyə mətbəxi – Ezogəlin şorbası

  • Porsiyon Sayı 6 nəfərlik
  • Çətinlik Dərəcəsi Asan
  • Hazırlanma Müddəti 45 dəqiqə

452

0

0

0

03 August 2021

imdirgent-icon

İnqrediyentlər

qırmızı mərci 2 st
düyü 3 x.q.
bulqurv 2 x.q.
baş soğan 1 ədəd
tomat 1 ç.q.
Super Sun yağı 1 x.q.
su 6 st

Hazırlanma mərhələsi

  • 1

    İsti su geniş qazanda qaynadılır. Yuyulub suyu süzülən mərci qazana əlavə edilir. Ardından düyü, bulqur və duz qazana tökülür. Qaynamağa qoyulur.

  • 2

    Ayrı bir tavada yağ əridilir. Üzərinə xırda doğranmış soğan tökülür və rəngi qızılı rəng alana qədər bişirilir.

  • 3

    Bişən soğanların üzərinə tomat tökülür. Tomatın üzərinə də nanə əlavə olunur, 2 dəqiqə birlikdə qovrulur. Qovrulan sos ocaqdan götürülür.

  • 4

    Qaynayan mərci, bulqur, düyü qarşımının üzərinə sos tökülür. Sonra sürətlə qarışdırılır. 10 dəqiqə bişməyə qoyulur.

  • 5

    Limon suyu və pul bibər səpilərək servis edilir.