Dünya Mətbəxi
463
0
0
0
12 August 2021
bitki yağı | ½ qaşıq |
Super Sun yağı, | 2 x.q. |
soğan | 2 ədəd |
kök | 5 ədəd |
quşbaşı quzu əti | 400 qr |
düyü | 3 st |
sarımsaq | 2 baş |
isti su | 4.5 st |
Bitki yağı ilə Super Sun yağı qazanda əridilir.
Nazik yarımhalqa doğranmış soğanlar bura əlavə edilir və azca karamelizə oluncaya qədər qovrulur.
Quşbaşı ətlər qazana tökülür, suyu çəkilənə qədər qovrulur.
Ətlər suyunu çəkib qovrulduqdan sonra sürtgəcdən keçirilmiş köklər üzərinə tökülür, qarışdırılır.
Köklər yumşalanda düyü tökülür və 3 dəqiqə qovrulur.
Su, duz və istiot da tökülür, 2 baş sarımsaq pilovun ortasına qoyulur, astaca basılır aşağı və qazanın qapağı örtülür.
5 dəqiqə çox odda, 10 dəqiqə az odda bişdikdən sonra servis edilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş