Toyuq Yəməkləri
581
0
0
0
15 August 2021
badımcan | 1 ədəd |
duz | 1 ç.q. |
istiot | 1 ç.q. |
Super Sun yağı | 2 x.q. |
sümüksüz toyuq budu | 4 ədəd |
soya sousu | 1 x.q. |
holland pendiri | 4 dilim |
Badımcan ala-yarımçıq soyulur, nazik lay-lay doğranılır, duz əlavə edilmiş suda 15-20 dəqiqə saxlanılır.
Yağ tavada əridilir. İsinmiş, ərinmiş yağda toyuqlar hər iki tərəfi azca qızarana qədər bişirilir. Bişənə yaxın ədviyyatlar əlavə olunur.
İstiyə davamlı şüşə qabın içərisinə yağlı kağız sərilir.
Badımcanlara holland pendiri dilimləri və toyuqlar yerləşdirilir, rulet formasında bükülür. Çöp vasitəsilə bərkidilir və əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 10 dəqiqə bişirilir.
Nuş olsun!
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş