Toyuq Yəməkləri
413
0
0
0
12 August 2021
toyuq filesi | 1 ədəd |
toyuq budu | 1 ədəd |
baş soğan | 1 ədəd |
duz | 1 ç.q. |
su | 6 st |
Super Sun yağı | 1 x.q. |
un | 1 x.q. |
yumru düyü | 0.5 st |
istiot | 0.5 ç.q. |
Yuyulmuş bud və filelər, doğranmış soğan, duz qazana əlavə edilir. Üzərinə su alınır, 30 dəqiqə orta odda qaynadılır.
Bişən toyuqların ətləri boşqaba qoyulur, didilir.
Şorba bişəcək qazana yağ əlavə olunur, əridilir. Un yağın üzərinə tökülür, xəfif qızılı rəng alana qədər qovrulur. Qovrulan unun üzərinə soğanlardan təmizlənmiş toyuq suyu əlavə olunur. Qaynamağa qoyulur.
Qaynadıqdan sonra üzərinə yumru düyü əlavə olunur, didilmiş toyuqlar tökülür, istiot səpilir, yenidən qaynamağa qoyulur.
Düyü bişdikdə soğan suyu şorbası da hazırdır demək. Qaynar-qaynar servis edilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş