Toyuq Yəməkləri
949
0
0
0
13 August 2021
toyuq budu | 1 ədəd |
dəfnə yarpağı | 2 ədəd |
duz | 1 ç.q. |
su | 2 litr |
xırda vermişel | 1 st |
qatıq | 1 st |
un | 1.5 x.q. |
yumurta | 1 ədəd |
Super Sun yağı | 50 qr |
nanə | 1 ç.q. |
Dərin qazana toyuq budu, dəfnə yarpaqları, duz və su əlavə olunaraq qaynadılır.
Tərbiyə üçün yağ əridilir, qatıq, un, yumurta, duz, limon suyu qarışdırılır, tam hamar maye halına salınır.
Toyuq qaynadıqdan sonra dəfnə yarpaqları içərisindən çıxarılır və toyuqlar xırdalanır.
Toyuğun suyundan 1 çömçə götürüb tərbiyənin üzərinə əlavə olunur, qarışdırlır.
İstilik balanslaşdırıldıqdan sonra tərbiyə qazana əlavə olunur. Xırda vermişel də tökülür. Xırdalanan toyuqlar da əlavə olunduqdan sonra 10 dəqiqə az odda bişirilən şorba isti-isti, üzərinə istəyə görə nanə qurusu səpilərək servis edilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş