Toyuq filesini streç paketin arasında döyüb nazikləşdirmək lazımdır. Təxminən 5 mm qalınlığında olmalıdır.
Sousu hazırlamaq üçün bir qazanın içərisində yumurta qaynadılır. Qabıqları soyulur.
Mətbəx robotundan qaynadılmış yumurta, pendir, xardal, kapri qatı sous halına gələnə qədər keçirilir. Sous qatılaşana yaxın az-az zeytun yağı əlavə olunur. Sous hazırdır.
Geniş boşqabda yumurta çırpılır. Başqa boşqaba isə çörək qırıntıları ilə pendir əlavə olunur, qarışdırılır.
Yağ tavaya əlavə olunur və əridilir.
Toyuq fileləri əvvəlcə yumurtaya, sonra isə parmesan çörək qarışımına batırılaraq tavada hər iki üzü qızılı rəng alana qədər bişirilir.
İsti halda boşqaba qoyulur, üzərinə salsa verde sousu əlavə olunaraq servis edilir.
Nuş olsun!
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş