intro-image intro-image intro-image

Toyuq Yəməkləri

Tərəvəzli toyuqlu tart

  • Porsiyon Sayı 4 nəfərlik
  • Çətinlik Dərəcəsi Orta
  • Hazırlanma Müddəti 1 saat

584

0

0

0

12 August 2021

imdirgent-icon

İnqrediyentlər

toyuq filesi 4 ədəd
kartof 2 ədəd
noxud 1 st yaşıl
duz 1 ç.q.
istiot 1 ç.q.
cirə 1 ç.q.
Super Sun yağı 1 x.q.
yumurta 1 ədəd

Hazırlanma mərhələsi

  • 1

    Xəmiri hazırlamaq üçün un bir qaba ələnir. Soyuq Super Sun yağı unun içərisində barmaq ucu ilə əzilir və bir-birinə yerdilir.

  • 2

    Duz və yumurta sarısı da əlavə olunaraq yüngül xəmir yoğrulur. Üzəri örtülərək soyuducuya dincə qoyulur.

  • 3

    Toyuqlar və kartoflar kub-kub doğranılır, kartoflar qaynadılır.

  • 4

    Yağ bir tavada əridilir və toyuqlar bişirilir. Qaynadılmış yaşıl noxud və kartoflar bişən, qızaran toyuqların üzərinə əlavə edilir, ədviyyatlar səpilir. Sotelənir.

  • 5

    İstəyə görə ya tək-tək muffin qablarına, ya da istiyə davamlı şüşə soba qabına toyuq və tərəvəz qarışımı tökülür.

  • 6

    Xəmir soyuducudan çıxarılır, iki yağlı kağız arasında yayılır. Toyuq-tərəvəz qarışımının üzərinə sərilir, yumurta sarısı çəkilir. 180 dərəcə isidilmiş sobada 15 dəqiqə, üzəri yaxşı qızarana qədər bişirilir.