intro-image intro-image intro-image

Balıq Yəməkləri

Kartoflu Qızardılmış Balıq

  • Porsiyon Sayı 4 nəfərlik
  • Çətinlik Dərəcəsi Orta
  • Hazırlanma Müddəti 1 saat

470

0

0

0

13 August 2021

imdirgent-icon

İnqrediyentlər

balıq 500 qr
Super Sun yağı 100 qr
üyüdülmüş suxarik 20 qr
kartof 8 ədəd
soğan 1 ədəd
narşərab 100 qr
sarımsaq 2 dilim
keşniş 15 qr
duz zövqə görə

Hazırlanma mərhələsi

  • 1

    Balıq təmizlənir, yuyulur, duzlanır və suxariklənir. Tavada yağ qızdırılır və balığın hər iki üzü qızılı rəng olana qədər bişirilir. Balığı bişirərkən dərisində kəsiklər açmaq lazımdır.

  • 2

    Kartof suda qabığı soyulmadan bişirilir. Sonra qabıqdan təmizlənir və 2-4 hissəyə bölünür.

  • 3

    Bişmiş balıq tavaya qoyulduqdan sonra ətrafına kartof düzülür, üzərinə duz səpilib sobada 5-7 dəqiqə bişirilir.

  • 4

    Narşəraba duz və sarımsaq qatılaraq qarışdırılır, üstünə doğranmış keşniş əlavə edilir.

  • 5

    Balıq qaba qoyulur, üzərinə halqavari doğranmış soğan səpilir və narşərab qarışığı tökülür.

  • 6

    Nuş olsun!