intro-image intro-image intro-image

Balıq Yəməkləri

Saxsı qabda balıq qovurma

  • Porsiyon Sayı 2 nəfərlik
  • Çətinlik Dərəcəsi Asan
  • Hazırlanma Müddəti 30 dəqiqə

456

0

0

0

02 August 2021

imdirgent-icon

İnqrediyentlər

file balıq 400 qr
Super Sun yağı 3 x.q.
sarımsaq 3 diş
arpacıq soğan 2 ədəd
şampion göbələk 10 ədəd
pomidor 1 ədəd
yaşıl bibər 2 ədəd
soya sousu 2 x.q.
zeytun yağı 1 x.q.
duz, istiot ½ ç.q.
kəklikotu 1 ç.q.

Hazırlanma mərhələsi

  • 1

    Balıq kiçik kub formasında doğranılır.

  • 2

    Sarımsaq və soğanın qabıqları soyulur, göbələklər iki yerə bölünür.

  • 3

    Qabığı soyulan pomidorlar kub formada doğranılır. Bibərlər iri-iri doğranılır. Sarımsaqlar xırda-xırda dilimlənir.

  • 4

    Bir tavada bütöv soğan və sarımsaqlar zeytun yağında 2-3 dəqiqə sotelənir.

  • 5

    Kiçik kublar formasında doğranılan balıqlar da bura əlavə olunur, yüksək odda bişirilir.

  • 6

    Daha sonra sıra ilə göbələk, bibər, istiot, soya sousu da əlavə olunur.

  • 7

    Öz suyu ilə qovurmaya dad qatacaq pomidorlar, pul bibər və kəklikotu da balığın üzərinə əlavə edilir, 5 dəqiqə birlikdə bişirilir

  • 8

    Super Sun yağını saxsı qabın içərisinə çəkirik, balıq qovurmanı da bura əlavə edirik. Əvvəlcədən isidilmiş sobada 15 dəqiqə bişirilir. Qovurma süfrəyə isti olaraq servis edilir.

  • 9

    Nuş olsun!