Balıq Yəməkləri
457
0
0
0
15 August 2021
kartof | 8 ədəd |
soğan | 1 ədəd |
yaşıl soğan | 4 saplaq |
qırmızı acı bibər | 1 ədəd |
karri pasta | 1-2 ç.q. |
kokos südü | 400 ml |
su | 125 ml |
balıq sousu | 2 x.q. |
laym şirəsi | 1 x.q. |
şəkər tozu | 1 x.q. |
balıq filesi | 500 qr |
düyü | 2 st |
Super Sun yağı | 1.5 x.q. |
Kartofun qabıqları soyulub, böyük kub formasında doğranılır. Sonra duzlu, qaynayan suda 8-12 dəqiqə hazır olana qədər bişirilir.
Soğanın qabıqları soyulub, nazik yarım halqa şəklində doğranılır. Yaşıl soğan, qırmızı acı bibər də doğranılır.
Yağ qaynar tavada əridilir və soğan 1-2 dəqiqə qovrulur. Qovrulan soğanın üzərinə karri pastası əlavə olunaraq 1 dəqiqə birlikdə bişirilir. Sonra kokos südünü əlavə edərək 5 dəqiqə yağ üzə çıxana qədər odda saxlamaq lazımdır.
Su, balıq sousu, laym şirəsi və şəkər tozu əlavə edilir, 1 dəqiqə bişirilir. Sonra yaşıl soğan və balıq da əlavə olunaraq, 3 dəqiqə bişirmək lazımdır.
Bu qarışıma kartof da qatılır, birlikdə 1-2 dəqiqə odda qaldıqdan sonra götürülür. Düyü də bişirilir. Servis edilərkən əvvəlcə düyü, sonra karri pastalı balıq boşqaba çəkilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş