Balıq Yəməkləri
485
0
0
0
15 August 2021
balıq filesi | 4 ədəd |
pomidor | 3 ədəd |
şampion göbələk | 500 qr |
yaşıl bibər | 2 ədəd |
soğan | 2 baş |
sarımsaq | 2 diş |
Super Sun yağı | 6 x.q. |
Holland pendiri | 200 qr |
duz və istiot | zövqə görə |
Əvvəlcə göbələklər təmizlənir, doğranılır. Suda bir buğum qaynadılır. Sonra süzülür.
Balıq fileləri quşbaşı doğranılır, duzlanır, istiotlanır. Qaynar yağlı tavada hər tərəfləri qızarana qədər bişirilir.
Soğan xırda doğranılır, tavada qızılı rəng alana qədər bişirilir.
Pomidor, bibər kub formasında doğranılır.
Bişən soğanın üzərinə əvvəlcə göbələk əlavə edilir, sonra balıq. Birlikdə 1-2 dəqiqə bişirildikdən sonra pomidor, bibər tökülür. Sarımsaqlar isə bütöv halda atılır.
Pendir sürtgəcdən keçirilir.
Bişən balıq soba qabına əlavə olunur. Üzərinə pendir səpilir. Və 180 dərəcəli sobada pendir əriyənə qədər bişirilir.
Servis edərkən üzərinə xırda doğranmış cəfəri səpilə bilər.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş