intro-image intro-image intro-image

Xəmir Yeməkləri

Almalı əriştə resepti

  • Porsiyon Sayı 4 nəfərlik
  • Çətinlik Dərəcəsi Orta
  • Hazırlanma Müddəti 1 saat

510

0

0

0

15 August 2021

imdirgent-icon

İnqrediyentlər

yumurtalı əriştə 300 qr
kök 3 ədəd
alma 1 ədəd
yumurta 3 ədəd
limon şirəsi 1 ç.q.
Super Sun yağı 3 x.q.
səkər tozu 2 x.q.
zəncəfil kökü 1 sm
darçın 1 çimdik
duz 1 ç.q.

Hazırlanma mərhələsi

  • 1

    Alma , kök təmizlənir, yuyulur və sürtgəcdən keçirilir. Üzərinə limon şirəsi gəzdirilir.

  • 2

    Əriştəni duzlu qaynar suda 4 dəqiqə bişirmək lazımdır. Hazır olan əriştə süzgəcdən süzülür, üzərinə soyuq su gəzdirilir, suyunun süzülməyi üçün kənara qoyulur.

  • 3

    Zəncəfilin kökü təmizlənir, doğranılır.

  • 4

    Yumurtaya şəkər tozu ,duz ,darçın ,zəncəfili qatıb çalınır. Əridilmiş yağ da əlavə edilib, qarışdırılır. 5.Əriştəni, almanı ,kökü bir-birilə qarışdırıb yağlanmış qaba tökmək lazımdır. Yumurta üzərinə tökülür və 180 dərəcədə 30-35 dəqiqə bişirilir.

  • 5

    Əriştəni, almanı ,kökü bir-birilə qarışdırıb yağlanmış qaba tökmək lazımdır. Yumurta üzərinə tökülür və 180 dərəcədə 30-35 dəqiqə bişirilir.

  • 6

    İsti halda servis edilir.