Su qaynadılır. Qaynayan suya duz əlavə olunur.
Duzlu suya makaron əlavə olunur, 7-8 dəqiqə qaynadılır.
Göbələklər jülyen doğranılır.
Yağ tavada əridilir. Əriyib qaynara düşən yağa göbələklər əlavə olunur və qovrulur.
Bişib suyunu çəkən göbələklərin üzərinə makaronlar əlavə olunur, duz, istiot səpilir.
Servis edilərkən üzərinə parmezan pendiri və ya yaşıl reyhan səpə bilərsiniz.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş