Xəmir Yeməkləri
539
0
0
0
15 August 2021
makaron(buruq, spiralvari) | 1 paket |
ispanaq yarpağı | 0.5 dəstə |
Super Sun yağı | 3 x.q. |
un | 3 x.q. |
süd | 1,5 st |
holland pendiri | 100 qr |
sürtgəcdən keçirilmiş muskat qozu | 1 ç.q. |
duz | zövqə görə |
Makaron qaynar duzlu suda qaynadılaraq süzülür.
Yağ qazanda əridilir, içərisinə un əlavə edilir. Yüngül qızaranda içərisinə süd əlavə edilir.
İspanaq yarpaqları yuyulur, xırda doğradıqdan sonra südlü sousa əlavə edilir. 10 dəqiqə davamlı qarışdırılaraq bişirilir. İçərisinə duz və sürtgəcdən keçirilmiş qoz əlavə edilir.
Makaron boşqaba qoyulur, üzərinə ispanaq sousu tökülür.
Servis edilərkən üzərinə holland pendiri səpilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş