intro-image intro-image intro-image

Xəmir Yeməkləri

Toyuqlu, pesto souslu pasta

  • Porsiyon Sayı 4 nəfərlik
  • Çətinlik Dərəcəsi Orta
  • Hazırlanma Müddəti 1 saat

594

0

0

0

12 August 2021

imdirgent-icon

İnqrediyentlər

Hər hansı bir makaron növü Toyuğun döş əti
Hazır pesto sousu(marketlərdə satılır) Super Sun yağı
20-30 % yağlılıqda olan qaymaq Parmesan pendiri
Duz, istiot 1

Hazırlanma mərhələsi

  • 1

    Tavaya 2-3 x.q. yağ tökülür, əridilir və xırda doğranmış toyuq tikələri əlavə edilir, hər tərəfi qızardılır. Sonda qapağı örtülür və 15 dəqiqə ən zəif odda saxlanılır ki, ət bişsin.

  • 2

    İri qazanda duzlu suda pasta bişirilir. Bişəndən sonra suyu süzülür və pasta tavaya toyuğun üstünə əlavə edilir.

  • 3

    Bura 4/3 stəkan qaymaq tökülür, qarışdırılır və 2-3 dolu x.q. pesto sousu əlavə edilir. Qarışdırılır ki, bütün ərzaqlar bir-birinə qarışsın və pasta həm qaymağı, həm sousu canına çəksin.

  • 4

    Pastanı isti-isti süfrəyə vermək lazımdır. Üstünə parmesan səpməyi də unutmayın.