intro-image intro-image intro-image

Xəmir Yeməkləri

Krevetkalı spagetti

  • Porsiyon Sayı 4 nəfərlik
  • Çətinlik Dərəcəsi Orta
  • Hazırlanma Müddəti 1 saat

410

0

0

0

12 August 2021

imdirgent-icon

İnqrediyentlər

spagetti 1 qutu
krevetka 0,5 kq
kök 1 ədəd
soğan 1 baş
sarımsaq 2 diş
bolqar bibəri 1 ədəd
əridilmiş Super Sun yağı 3 x.q.

Hazırlanma mərhələsi

  • 1

    Spagetti adi qaydada bişirilib, süzülür.

  • 2

    Krevetkalar təmizlənir, yaxşı yuyulur.

  • 3

    Baş soğan orta kəsilir. Sarımsaq xırda doğranılır. Yağda qovrulur.

  • 4

    İçinə sürtgəcdən keçirilmiş kök əlavə edilir.

  • 5

    Bibər uzunsov və nazik doğranılır, əlavə edilir.

  • 6

    Tərəvəzlər qızaranda krevetkalar əlavə edilir və 3-5 dəqiqə qızardılır. Krevetkalar çox qızaranda bərk olur.

  • 7

    Duz, istiot əlavə edilir. Bişmiş spagettinin üzərinə əlavə edilir.