intro-image intro-image intro-image

Milli Mətbəx

Bakı qurabiyəsi

  • Porsiyon Sayı 4 nəfərlik
  • Çətinlik Dərəcəsi Asan
  • Hazırlanma Müddəti 1 saat

440

0

0

0

03 August 2021

imdirgent-icon

İnqrediyentlər

un 600 qr
Super Sun yağı 360 qr
şəkər kirşanı 160 qr
yumurta ağı 2 ədəd
ərik əzməsi 30 qr

Hazırlanma mərhələsi

  • 1

    Əvvəlcə yağ şəkər kirşanı ilə yaxşıca qarışdırılır. Sonra üzərinə yumurta ağı əlavə edilir yenidən çalınır.

  • 2

    Bura ələnmiş un vurulur və yenidən qarışdırılır, xəmir yoğrulur.

  • 3

    Xəmir borulu qənnadı kisəsinə yığılır və sıxılaraq alınan yumru qurabiyələr yağlı kağız sərilmiş soba qabına yığılır.

  • 4

    Qurabiyələrin ortasında oyuqlar açılır və 250 dərəcəli sobada 10 dəqiqə bişirilir.

  • 5

    Bişib soyuduqdan sonra oyuqlara ərik əzməsi yığılır. Servis edilərkən də üzərinə şəkər kirşanı səpilir.