intro-image intro-image intro-image

Milli Mətbəx

Döşəməli plov

  • Porsiyon Sayı 3 nəfərlik
  • Çətinlik Dərəcəsi Orta
  • Hazırlanma Müddəti 1 saat

586

0

0

0

03 August 2021

imdirgent-icon

İnqrediyentlər

toyuq 1 ədəd
düyü 1 kq
baş soğan 1 ədəd
duz, istiot zövqə görə
Super Sun yağı 150 qr

Hazırlanma mərhələsi

  • 1

    Əvvəlcə toyuq tikələrə ayrılır. Üzərinə doğranmış soğan, zoğal və duz əlavə olunur, qarışdırılır. Bir az saxlanılır.

  • 2

    Düyünü 2-3 saat əvvəldən islatmaq lazımdır. Qaynanmış suya duz və isladılan düyü əlavə olunur, bişirilir. Düyü bişdikdən sonra süzülür.

  • 3

    Qazmaq üçün qatıq, düyü və yumurta qarışdırılır, qazanın dibinə yığılır. Daha sonra toyuq tikələri düzülür. Son olaraq şabalıdlar əlavə olunur, üzərindən bişmiş düyü tökülür və dəmə qoyulur.

  • 4

    Toyuqlu qata və düyülü qata Super Sun yağı əlavə olunur.

  • 5

    Ayrı qabda kişmiş və qaysı Super Sun yağında qovrulur. Süfrəyə verilən zaman plovun üzərinə əlavə olunur.