intro-image intro-image intro-image

Milli Mətbəx

Düşbərə

  • Porsiyon Sayı 4 nəfərlik
  • Çətinlik Dərəcəsi Orta
  • Hazırlanma Müddəti 30 dəqiqə

562

0

0

0

02 August 2021

imdirgent-icon

İnqrediyentlər

qoyun əti 400 qr
un 160 qr
yumurta 1 ədəd
baş soğan 1 ədəd
sirkə 40 qr
quru nanə 1 x.q.
keşniş yarım dəstə
Super Sun yağı 20 qr

Hazırlanma mərhələsi

  • 1

    Qoyun əti təmizlənmiş soğanla ətçəkən maşından keçirilir, xırda doğranmış göyərti və duz qatılır, qarışdırılır.

  • 2

    Un və yumurtadan su əlavə etməklə bərk xəmir yoğrulur. 1 mm qalınlığında yuxa yayılır. Yayılmış xəmir 3x3 sm ölçüdə kvadratlara kəsilir.

  • 3

    Hər kvadratın ortasına qiymə qoyulur və bükülür. Düşbərə bükmək üçün kvadrat ortadan bükülür, qıraqları qatlanır ya da üçbucaq formasında bükülür, qatlanır.

  • 4

    Hazır düşbərələr ələkdə silkələnib, artıq undan təmizlənir.

  • 5

    Düşbərələr hazır ət bulyonuna tökülür, suyun üzünə çıxanda hazır olur.

  • 6

    Servis edərkən üzərinə nanə qurusu səpilir və yanında sirkə-sarımsaq, ya da sarımsaqlı qatıq verilir.

  • 7

    Nuş olsun!