Şirniyyatlar
506
0
0
0
04 August 2021
Super Sun yabadamğı | 50 qr |
badam | 150 qr |
tünd şokolad | 225 qr |
yumurta | 2 ədəd |
un | 1/2 st |
şəkər tozu | 1/2 st |
şəkər kirşanı | 1 st |
qabartma tozu | 1/2 ç.q. |
Badam qaynar suda saxlanılır və qabığı soyulur, qurudulur.
Şokolad su hamamında əridilir, yağ əlavə edilir, yaxşı qarışdırılır.
Badam blenderdən keçirilir, ələnmiş un və qabartma tozu əlavə edilir, qarışdırılır.
Yumurta şəkər tozu ilə yaxşı çalınır, ehtiyatla şokoladlı kütləyə əlavə edilir, qaşıqla qarışdırılır.
Badamlı-unlu kütlə şokolad kütləsinə əlavə edilir, yaxşı qarışdırılır.
Xəmir olan qabı streçlər ilə bağlayıb, 2-3 saat ərzində soyuducuda saxlamaq lazımdır.
Şəkər kirşanı dərin boşqaba tökülür.
Xəmirdən qoz boyda kürəciklər düzəldilir və şəkər kirşanına batırılır.
Tavaya yağlı kağız sərilir, üzərinə peçenye düzülür.
Sobanı əvvəlcədən 160 dərəcəyə qədər qızdırıb, peçenyeləri 12-15 dəqiqə ərzində bişirmək lazımdır.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş