Şirniyyatlar
1002
0
0
0
12 August 2021
Super Sun yağı | 100 qr |
un | 200 qr |
kəsmik | 200 qr |
şəkər tozu | 150 qr |
yumurta | 2 ədəd |
qabartma tozu | 1 ç.q. |
vanilin | 1 paket |
duz | 1 çimdik |
çiyələk | 300 qr |
Un qabartma tozu ilə qarışdırılır.
Çiyələk təmizlənir, yuyulur.
Otaq temperaturundakı yağı şəkər tozu, vanil və duzla birlikdə mikserlə yaxşı çalmaq lazımdır.
Bir-bir yumurta əlavə edilir, çalmağa davam edilir.
Kəsmik əlavə edilir, çalınır.
Un əlavə edilir, ehtiyatla qarışdırılır.
Xəmir yağlı kağış sərilmiş formaya boşaldılır.
Üzərinə çiyələk düzülür, soyuducuda 1 saat saxlanılır.
Piroq 175 dərəcəyə qədər qızdırılmış sobada 35 dəqiqə bişirilir.
Piroq soyuyanda üzərinə şəkər kirşanı səpilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş