Otaq temperaturunda saxlanılan yağ geniş bir qabın içinə qoyulur.
Şəkər kirşanı əlavə edilir, krem halına gələnə qədər qarışdırılır.
Unu az-az əlavə edərək yoğurmaq lazımdır. Xəmir ələ yapışmayana qədər un əlavə edilir.
Hazır olan xəmirdən balaca peçenyelər hazırlanır, yumurtanın ağı üstünə çəkilir.
Əzilmiş ləpə qırıntılarına da batırmaq olar. (istəyə uyğun olaraq)
Peçenyeləri içinə yağlı kağız sərilmiş soba qabına düzülür.
Əvvəlcədən qızdırılmış 170 dərəcəli sobada 15-20 dəqiqə (üstü az qızarana qədər) bişirilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş