Şirniyyatlar
608
0
0
0
02 August 2021
Super Sun yağı | 100 qr |
cem | 100 qr |
un | 200 qr |
yumurta (xəmirə) | 1 ədəd |
yumurta sarısı (piroqun üzərinə çəkmək üçün) | 1 ədəd |
qabartma tozu | 1 ç.q. |
qoz | 50 qr |
süd | 1 x.q. |
şəkər tozu | 80 qr |
duz | çox az |
Ələnmiş un, şəkər tozu, yumşaq yağ, qabartma tozu və 1 ədəd yumurta yaxşı qarışdırılır, yumşaq xəmir yoğurulur.
Xəmir 2 hissəyə bölünür (2:3 nisbətində).
Xəmiri soyuducunun dondurucu kamerasında 20 dəqiqə saxlamaq lazımdır.
Qoz quru tavada bir az qızardılır, xırdalanır
Xəmirin böyük hissəsi yayılır, formaya kağız sərilir, xəmir qoyulur, qıraqları qaldırılır.
Xəmirin üzərinə cem qoyulur, qoz səpilir.
Xəmirin kiçik hissəsi yayılır, zolaqlar kəsilir, piroqun üzərinə şəbəkə şəklində qoyulur, qıraqları bərkidilir.
1 x.q. süd, yumurta sarısı, 1 çimdik duz yaxşı qarışdırılır, fırça ilə piroqun üzərinə çəkilir.
Sobanı qabaqcadan 180 dərəcəyə qədər qızdırıb, piroqu 30-40 dəqiqə bişirmək lazımdır.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş