Yumşalmış yağı şəkərlə birlikdə mikserlə çalmaq lazımdır.
Yumurta, süd, vanilin əlavə edilib qarışdırılır.
Unu qabartma tozu ilə qarışdırıb ələmək lazımdır. Sonra xəmirə əlavə edilir, qarışdırılır, yumşaq xəmir yoğurulur.
Xəmiri təxminən 1 sm qalınlıqda yayıb, istənilən formada peçenyelər kəsmək olar.
Soba qabına yağlı kağız sərib, peçenyeləri düzüb, 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirmək lazımdır.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş