Yağ əridilir və soyuması üçün kənara qoyulur.
Yumurta və şəkər tozu 5 dəqiqə mikserlə çalınır.
Un, vanilin və kakao başqa qabda qarışdırılır, yumurta və şəkər tozuna əlavə edilir. Alınmış qarışım yaxşı qarışdırılır.
Soyumağa qoyulan yağ da əlavə edilir, qarışdırılır.
22 sm-lik yumru ya da 20×30 sm-lik dördkünc qabın içi yağlanır, alınan qarışımın içinə tökülür.
Əvvəlcədən qızıdırılmış sobada 180 dərəcə temperaturda 20 dəqiqə bişirilir.
Soyuduqdan sonra süfrəyə təqdim edilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş