İçlik üçün əvvəlcə yumurta və südü dərin bir qabda mikser ilə qarışdırmaq lazımdır.
Un, qabartma tozu, darçın da qatdıqdan sonra sulu xəmir alınır.
Qabığı soyulan bananlar kiçik kublara bölünür. Nişasta düz boşqaba tökülür, qızartma prosesində içlik sulanmasın deyə bananlar əvvəlcə nişastaya bulaşdırılır.
Yağ dərin tavaya tökülür, əridilir. İçliyə bulaşdırılan bananlar qaynar yağda qızılı rəng alınana qədər qızardılır.
İlıqlaşması və yağını çəkməsi üçün kağız salfetin üzərinə yığılır. Çox gözlədilmədən servis etmək lazımdır. Servis edərkən üzərinə şəkər kirşanı əlavə olunur.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş