Şirniyyatlar
880
0
0
0
03 August 2021
Super Sun yağı (otaq temperaturunda gözlədilmiş) | 125 qr |
yumurta | 2 ədəd |
bitki yağı | 0.5 st |
şəkər kirşanı | 0.75 st |
qarğıdalı nişastası | 3 st |
un | 2.5 st |
qabartma tozu | 1 paket |
Göbələk peçenye üçün otaq temperaturunda saxlanılan yağ və yumurtalar bir qaba tökülür.
Bitki yağı və şəkər kirşanı əlavə edilir, krem halına gələnə qədər əl ilə qarışdırılır.
Sırayla: Ələnmiş un, qabartma tozu və qarğıdalı nişastası əlavə edildikdən sonra xəmiri ən az 10 dəqiqə yoğurmaq lazımdır.
Hazırlanan peçenye xəmirini qoz böyüklüyündə parçalara bölüb, ovucun içində yumrulamaq lazımdır.
Hazırlanan peçenyelerin ortasından barmaqla və ya kiçik bir əşya ilə basıb, kiçik boşluqlar yaradılır.
Yağlı kağız sərilmiş soba qabının içinə peçenyelər bir-birindən aralı düzülür.
Əvvəlcədən qızdırılmış 175 dərəcəli sobada üzəri biraz rəng alana qədər 15-20 dəqiqə bişirilir. Bişdikdən sonra peçenyeləri sobada gözlətmədən çıxardılır.
Otaq temperaturunda soyuyan peçenyelərin ortasını şokolad sousu ilə doldurulur.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş