intro-image intro-image intro-image

Fast Food

Ev üsulu Kumpir

  • Porsiyon Sayı 4 nəfərlik
  • Çətinlik Dərəcəsi Asan
  • Hazırlanma Müddəti 1 saat

559

0

0

0

12 August 2021

imdirgent-icon

İnqrediyentlər

böyük kartof 4 ədəd
supersun yağı 2 x.q.
keçirilmiş holland pendiri 1 st
orta ölçülü kök 2 ədəd
konservləşdirilmiş qarğıdalı 1 st
doğranmış qara zeytun ½ st
doğranmış yaşıl zeytun ½ st
balaca xiyar turşusu 8 ədəd
amerikan salatı 4 x.q.
mayonez 2 x.q.
ketçap 2 x.q.
duz ¼ ç.q.
sosis 4 ədəd

Hazırlanma mərhələsi

  • 1

    Kartoflar yuyulur, qurulanır. Bıçaqla bir neçə yerindən deşiklər açılır.

  • 2

    Kumpirlik kartoflar alüminium folyo ilə tam bükülür. Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada 90 dəqiqə bişirilir.

  • 3

    Sobadan çıxan və qabıqları sərtləşən kartofların orta hissələri iti bıçaqla çərtilir.

  • 4

    Supersun yağı və holland pendiri ilə kartofların orta hissəsi əzilir. Sonra servis boşqablarına yığılır.

  • 5

    Qabıqları soyulmuş köklər sürtgəcdən keçirilir. Xiyar turşuları xırda-xırda doğranılır.

  • 6

    Qaynadılmış qarnitür (yaşıl noxud, kök, kartof) qarışımının suyu süzülür, mayonezlə qarışdırılaraq Amerikan salatı hazırlanır.

  • 7

    Kumpirlərə sıra ilə Amerikan salatı, sürtgəcdən keçirilmiş kök, doğranmış xiyar turşusu, konservləşdirilmiş qarğıdalı, yaşıl və qara zeytun, ketçap əlavə olunduqdan sonra servis edilir.