Fast Food
538
0
0
0
02 August 2021
milföy xəmiri | 18 ədəd |
yumurta ağı | 1 ədəd |
yumurta sarısı | 1 ədəd |
zeytun yağı | 2 x.q. |
soğan | 1 ədəd |
yunan qabağı | 1 ədəd |
kök | 1 ədəd |
çarliston bibər | 1 ədəd |
xırda doğranmış ət | 150 qr |
istiot | 1 ç.q. |
duz | 1 ç.q. |
supersun yağı | 1 x.q. |
süzmə qatıq, | 6 ç.q. |
doğranmış cəfəri | ¼ saplaq |
qırmızı istiot | 1 ç.q. |
Soba 180 dərəcədə isidilir.
Volovanlar bişirilən qab hazırlanır.
Milföy xəmirinin üçündən bərabər olmaqla 3 yumru dairə yayılır. 2 ədəd də kiçik xəmir yayılır, ortadan kəsilir və kənar hissə əldə edilir.
Ortası dolu olan parçanın kənarlarına yumurta ağı çəkilir və ortası dəlik iki qat da düzgün formada üst-üstə yerləşdirilir.
Hazır olan xəmirlərin kənarlarına və çevrəsinə yumurta sarısı çəkilir.
Yağlı kağız sərili soba qabına yerləşdirilir. Xəmirin ortası hissəsi çəngəllə deşilir ki, orta hissə şişib, pozulmasın. Sobada 10-12 dəqiqə bişirilir.
Xəmir hazır olana qədər ətli, tərəvəzli içlik hazırlanır.
Bütün tərəvəzlər eyni boyda jülyen şəklində kəsilir.
İçlik hazırlanan tavada yağ əridilir.
Soğanlar sotelənir, digər tərəvəzlər üzərinə əlavə olunur. Yumşaqlaşana qədər sotelənir.
Quşbaşı doğranmış ətlər bura əlavə olunur, suyu çəkiləndə duz, istiot əlavə olunur. Ətlər az odda bişirilir. Sobadan götürülməmişdən əvvəl 1 ç.q. supersun yağı əlavə olunur.
Sobada hazır olan milföy xəmirlərinin ortasına içlik qoyulur, 6-7 dəqiqə yenidən bişirilir.
Sobadan çıxan volovanlara 1 ç.q. süzmə qatıq əlavə olunur.
Servis edilərkən üzərinə qırmızı istiot və cəfəri səpilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş