Tost çörəkləri qızdırılmış yağsız tavada 1-2 dəqiqə isidilir.
Tavaya yağ əlavə edilir, əridilir. Basdırma dilimləri yağda rəngini dəyişənə qədər bişirilir.
Pomidorlar halqa-halqa doğranılır. Sarımsaqlar əzilir.
Mayonezli sousu hazırlamaq üçün parmesan, mayonez, əzilmiş sarımsaq, istiot kiçik bir qabda qarışdırılır.
İsidilən çörək dilimlərinin arasına hazırlanan sous çəkilir. Alt və üst hissələrinə kahı yarpaqları yerləşdirilir.
Pomidor və bişirilmiş basdırma dilimləri də əlavə edildikdən sonra tost çörəklərinin üzəri bağlanılır. Basdırmaların donmaması üçün ilıq şəkildə servis edilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş