Fast Food
1420
0
0
0
15 August 2021
supersun yağı | 50 qr |
sarımsaq | 5 diş |
holland pendiri | ½ st |
reyhan | 5-6 yarpaq |
sandviç çörəyi | 1 ədəd |
çerri pomidoru | 3 ədəd |
duz | 1 ç.q. |
istiot | 1 ç.q. |
Yağ otaq istiliyində saxlanılır. Sarımsaqlar sürtgəcdən keçirilir, yağ ilə qarışdırılır.
Reyhan xırda doğranılır, yağ qarışımına əlavə olunur. Duz və istiot da səpilir, çəngəl vasitəsilə əzilir.
Sandviç çörəyi iki yerə bölünür, yağ qarışımı bıçaqla çörəyin üzərinə çəkilir.
Sürtgəcdən keçirilən pendirlər da çörəklərin üzərinə qoyulur. Sonra sürtgəcdən keçirilən pomidorlar da çörəklərin üzərinə qoyulur. Yağlı kağız sərilmiş soba qabına qoyulur və çörəklərin də üzərinə kağız yerləşdirilir.
Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 12-15 dəqiqə bişirilir və isti-isti servis edilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş