Fast Food
613
0
0
0
13 August 2021
toyuq filesi | 600 qr |
baş soğan | 1 ədəd kiçik |
supersun yağı | 3 x.q. |
bibər pastası | ½ ç.q. |
qatıq | 1 x.q. |
duz | ½ ç.q. |
istiot | ½ ç.q. |
cirə | ¼ ç.q. |
quru keşniş | ¼ ç.q. |
quru kəklikotu | 1 ç.q. |
xardal | 1 ç.q. |
File iti bıçaqla xırda-xırda doğranılır.
Qabıqları soyulmuş soğan sürtgəcdən keçirilir, suyu süzülür, dərin qaba qoyulur.
Soğan suyunu zeytun yağı, bibər pastası, qatıq, duz, istiot, cirə, keşniş, kəklikotu, xardalla qarışdırılır, filelər bu qarışımda bir az saxlanılır.
Streç paket geniş şəkildə açılır, filelər üst-üstə olacaq formada streçin üzərinə yığılır. Rulet formasında bükülür. Hava keçirməmək şərtilə dondurucuda ən az 2 saat saxlanılır.
Dondurucudan çıxdıqdan sonra ətlər yenidən xırda-xırda doğranılır.
Dönər parçaları əvvəlcədən isidilmiş dərin, yapışmayan tavada yüksək odda bir neçə dəfə tərs-düz qızardılır.
Hazır hala gələn toyuq dönərini istəyə görə çörək, lavaş arasında və ya sadəcə plovla yeyilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş