Fast Food
523
0
0
0
03 August 2021
dana antrikot | 300 qr |
soğan | 1 ədəd orta |
pomidor | 2 ədəd kiçik |
yaşıl bibər | 2 ədəd orta |
supersun yağı | 2 x.q. |
qırmızı istiot | 1 ç.q. |
su | 1.5 st |
sumax | ¼ ç.q. |
duz | ¼ ç.q. |
Antrikot təmizlənir, kub-kub doğranılır. Üzərini keçəcək qədər su tökülüb, qaynamağa qoyulur.
Sac formasında tava qızdırılır. İçərisinə yağ əlavə edilir, əridilir. Qaynadılmış ətlər üzərinə tökülür. İstiot səpilir, 1 st su az-az ətlərin üzərinə tökülür.
Ətlər suyu çəkildikdən sonra ortadan iki yerə bölünmüş yaşıl bibər də əlavə olunur, qovrulur.
Bibərlər qovrulduqdan sonra lavaş və ya sendviç çörəyi ətlərin üzərinə basdırılır, yağını alır.
Doğranmış və qabıqları soyulmuş 2 ədəd pomidor da əlavə olunur, bir az bişirilir.
Bişən tantunini sandviç çörəyi və lavaş içərisində, sumaxlı-soğanlı qarışımla servis etmək olar.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş