Yağ bir tavada əridilir və 8 ədəd göbələyin saplağını doğrayıb, bu yağda soteləmək lazımdır. Yumru-yumru doğranmış sarımsaq da bura əlavə edilir və 3-4 dəqiqə sotelənir.
Son olaraq duz və istiot da əlavə olunur, qarışdırılır və tava ocaqdan götürülür.
Saplaqsız göbələklər soba qabına yığılır, üzərinə tavada hazırlanan içlik qoyulur və holland pendiri səpilir.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada pendirlər əriyib, qızarana qədər 15 dəqiqə bişirilir.
Digər reseptlər
Şərh yazmaq üçün zəhmət olmasa qeydiyyatdan keçin və ya hesabınıza daxil olun
Hesaba giriş